“Qarabağ” səfərə tam heyətlə yollandı

XƏBƏR 18 Dekabr 2009 / 13:20 1664
-  A +

Həftə sonu Unibank Premyer Liqanın XVI turu çərçivəsində öz meydanında “Simurq”un qəbul edəcək “Qarabağ” artıq qarşıdakı oyuna hazırdır. Qol.Az-ın Ağdam klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, komanda üzvləri Bakıda sonuncu məşqini keçdikdən sonra Ağdama yola düşüb. Sabah isə “Qarabağ” matçın keçiriləcəyi Quzanlı qəsəbə stadionunda məşq keçməyi planlaşdırır. Qurban Qurbanovun komandası Ağdama tam heyətlə yollanıb. Xatırladaq ki, bazar günü baş tutacaq oyun 14:15-də keçiriləcək və AZTV ilə canlı olaraq yayımlanacaq.

 


Son xəbərlər