"Neftçi" "altılığ"a düşdü, Quzanlıda hesab açılmadı

ÖLKƏ FUTBOLU 20 Dekabr 2009 / 16:06 5867
-  A +

Dünən Unibank Premyer Liqada XVI turun iki oyunu keçirildi. Bu gün isə turun növbəti matçları keçirildi. Qol.Az saat 14:00-dan etibarən "Neftçi" - "Standard",  "Bakı" - "Olimpik-Şüvəlan", saat 14:15-dən etibarən isə "Qarabağ" - "Simurq" matçlarından canlı-mətn reportaj yayımladı.

"Bakı" - "Olimpik-Şüvəlan" 0:0
T.Bəhramov adına Respublika stadionu
Hakimlər: Elçin Məmmədov, Habil Əliyev, Elşən Durmuşov, Ramil Diniyev
AFFA nümayəndəsi: Məlik Həsənov
Hakim-inspektor: Asif Namazov

Matç bitdi.

56. Alves Dos Santos başla qapıya doğru zərbə vurur. Top qapının yanından keçir.

53. Şoliç topu cərimə meydançasına göndərir. Başla zərbədən sonra "Olimpik-Şüvəlan"ın qapıçısı Elşən Polada çətinliklə topu küncə çıxarda bilir.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

34. Aleksandr Şoliç cərimə zərbəsini gözəl vurur. Top qapı tirinə dəyir.

32. Elvin Əliyevin cərimə meydançasının içərisindən vurduğu topu qapıçı Elşən Poladov gözəl reaksiya ilə dəf edir.

4. Georgi Adamiya qapıya doğru zərbə vursa da, top qapının azacıq yanından keçir.

Matç başladı.

"Neftçi" - "Standard" 2:0
İ.Qayıbov adına Bakıxanov qəsəbə stadionu
Hakimlər: Əfqan Həmzəyev, Aydın Ələkbərov, Roman Vasilyev, Elvin Əsgərov
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Məhəmməd Məmmədov

Matç başa çatdı.

90. "Standard"ın oyunçusu Samir Zərgərov sarı vərəqə alır.

89. Aliutanın əvəzinə meydana Quqlemon daxil olur.

86. Eşqin Quliyev sarı vərəqə alır.

80. QOOL. Aliuta hesab arasındakı fərqi artırır.

75. Aliutanın zərbəsi qapı dirəyinə tuş gəlir.

71. "Standard"dan Murad Ağakişiyevin zərbəsi qapıdan azca aralı keçir.

70. "Neftçi"də dəyişiklik. Suat Ustanın əvəzinə meydana Elmar Baxşıyev daxil olur.

65. Suat Usta sarı vərəqə alır.

62. Adrean Neaqanın zərbəsi qapıdan azca aralı keçdi.

60. Valentin Atem sarı vərəqə alır.

51. QOOL. Adrian Neaqa onbirmetrlik zərbə ilə hesabı açır.

50. Ruslan Əmircanov sarı vərəqə alır.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

39. "Standard"dan Natiq Əkbərov əllə oyuna görə sarı vərəqə ilə cəzalanır.

36. Oyunda ilk real qol vəziyyəti. "Neftçi"nin qapıçısı Qribauskasla Ruslan Abışov bir-birini başa düşmür. Fərid Quliyev isə topu boş qapıya göndərə bilmir.

Marian Aliuta ilə "Standard"ın müdafiəçisi Natiq Əkbərov arasında gərginlik yaşanır. Komanda yoldaşlarının müdaxiləsindən sonra ara sakitləşir. 

21. "Standard"ın qapıçısı Anar Nəzirov sarı vərəqə ilə cəzalanır.

18. Aliutanın zərbəsi qapının yanından keçir.

11. Neaqanın aşırma zərbəsini "Standard"ın gürcüstanlı müdafiəçisi Orbeladze başla boş qapıdan çıxartdı.

Matç başladı.

 

14:15 "Qarabağ" - "Simurq" 0:0
Ağdam rayon Quzanlı qəsəbə stadionu
Hakimlər:
Anar Salmanov, Azər Əsgərov, Azad Q.Hüseynov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Kərim Ağayev

Matç bitdi.

83 Emin İmaməliyev hakimə etiraz etdiyi üçün sarı vərəqə alır.

58. "Qarabağ"da Aslan Kərimovun əvəzinə meydana Elvin Məmmədov daxil olur.

İkinci hissə başladı.

İlk hissə başa çatdı.

43. Sergey Artyux qapıya doğru başla zərbə vurur. "Qarabağ"ın müdafiəçiləri topu boş qapıdan çıxartdı.

33. Əfran İsmayılov müdafiəçidən sıyrılaraq qapıya zərbə vurur... Top qapının yanından keçir.

6. Vaqif Cavadovun cərimə zərbəsindən vurduğu top qapının xeyli yanından keçir.

"Qarabağ"ın heyətində isə Vüqar Nadirov və Elvin Məmmədovun əsas heyətdə meydana çıxmayacağı gözlənilir.

"Simurq"un qapısını gözlənilənin əksi olaraq, gənc qapıçı Fuad Əhmədov yox, Postranski qoruyacaq.

Matç başladı.

19 dekabr  (şənbə)
"İnter" - "Turan" 3:1 
"Şəfa" stadionu
Hakimlər: Rauf Cabbarov, Munis Abdullayev, Qəzənfər Məmmədov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Əmir Zamanov

Oyun başa çatdı.  

90. QOL. Karlsons het-trik etdi. Bununla da Karlsons cari mövsümdə vurduğu qolların sayını 7-ə çatdıraraq, bombardirlər yarışında Doroşa çatdı.

Matçın haş hakimi bir-biriləri ilə mübahisə etdiyinə görə hər iki komandanın baş məşqçisini texniki zonadan uzaqlaşdırdı.  

86. QOL. "İnter" hesabda önə keçdi. Karlsons dubla imza atdı.

69. "Turan"ın heyətində Nadir Nəbiyev sarı vərəqəylə cəzalandırılır.

61. "Turan"ın hücumu təhlükəli alındı. Lakin Lomaya qola imkan vermədi.

49. Karlsonsun zərbəsi qapının üstündən keçdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.  

43. QOL. "Turan"ın sevinci cəmi 5 dəqiqə çəkdi. Karlsons hesabı bərabərləşdirdi.

38. QOLLL. "Turan" hesabı açdı. Valeri Onila hakimin təyin etdiyi penaltini dəqiq yerinə yetirdi.

34. "İnter"in forvardı Girts Karlsons "Turan" ın qapıçısıyla mübahisə etdi. Nəticədə baş hakim hər iki futbolçunu sarı vərəqəylə cəzalandırdı.

32. "İnter"in qapıçısı Vilson zədələnərək, yerini Lomayaya verdi.

25. Bu dəqiqələrdə mübarizə əsasən meydanın mərkəzində keçir.

19. "Turan" hesabı açmaq üçün əlverişli şans yaxalamışdı. Lakin Hafiz Əliyev qapıçıyla təkbətəkdən yararlana bilmədi.

11. "Turan"ın hücumu təhlükəli alındı. Lakin Junivan Suaresin zərbəsi qeyri-dəqiq alındı.

8. "İnter" oyuna çox fəal başlayıb. Girts Karlsons hətta hesabı da açdı. Lakin hakim oyundankənar vəziyyət qeydə alaraq, qolu keçərli saymadı.  

Oyun başladı.

 

"Xəzər Lənkəran" - "Qəbələ" 1:0 
Lənkəran şəhər mərkəzi stadionu
Hakimlər: Azad Mütəllimov, İlham Əliyev, Mübariz Haşımov, Elnur Muradov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Nizami Şərifov

Oyun başa çatdı.  

87. "Xəzər Lənkəran" ikinci qolu vura bilərdi. Lakin "Qəbələ"nin qolkiperi son anda Kalinkovun sevinmməsinə mane oldu.  

79. "Qəbələ"nin əks hücumu təhlükəli alındı. Lakin Kamran Ağayev qola imkan vermədi.

68. "Xəzər Lənkəran"ın heyətində Allan Lalin penalti zərbəsini yerinə yetirə bilmir.

62. QOL. Rahid Əmirquliyev hesabı açdı.

51. Rahid Əmirquliyevin zərbəsi qapının üstündən keçdi.

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

42. "Qəbələ" hesabı aça bilərdi. Lakin zərbə dəqiq alınmadı.

33. "Qəbələ"nin heyətində iki məcburi dəyişiklik edilib.

26. Rahid Əmirquliyevin zərbəsini "Qəbələ"nin qapıçısı dəf etdi.

18. "Xəzər Lənkəran"ın qapıçısı Kamran Ağayev səhvə yol verərək, topu əlindən qaçırdı. Lakin son anda müdafiəçilər təhlükənin böyüməsinə imkan vermədilər.

10. "Xəzər Lənkəran" matça fəal başlayıb. Hücüm təhlükəli alına bilərdi. Lakin Svetkov əlverişli vəziyyətdə topu itirdi.

Oyun başladı. 

18 dekabr  (cümə)
"Karvan" - "Muğan" 1:1 

Yevlax şəhər stadionu.
Hakimlər: Ceyhun Haşımov, Mehman Mahmudov, Ramiz Əsədov, Rasim Məmmədov
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Nüvər Xasıyev

Oyun başa çatdı.  

86. "Karvan" meydanda azlıqda qaldı. Əziz Quliyev qırmızı vərəqə alaraq, meydandan kənarlaşdırıldı.

83. "Karvan"dan Atayevin zərbəsi qeyri-dəqiq alındı.

78. Fərrux özünün və komandasının ikinci qolunu vura bilərdi. Lakin bu dəfə istəyinə çata bilmədi.

75. QOL. "Muğan" hesabı bərabərləşdirdi. Fərrux İsmayılov fərqləndi.

68. "Muğan"dan Adiloviçin zərbəsi qapının yanından keçdi.

62. "Karvan" ikinci qolu vura bilərdi. Lakin "Muğan"ın qapıçısı səhvsiz oynadı.

56. İkinci hissədə də üstünlük "Karvan"ın tərəfindədir. Yevlax klubu ikinci qolu vurmağa çalışır.  

İkinci hissə başladı.

Birinci hissə başa çatdı.

39. Yevlax klubu ikinci qolu vura bilərdi. Lakin Kamara şansını boşa verdi.

34. "Karvan" hücumlarının sayını artırıb.

28. "Muğan" oyunu bərabərləşdirə bilib. Bu dəqiqələrdə qarşılaşma qarşılıqlı hücumlar şəraitində keçir.

16. Qoldan sonra da "Karvan" hücumlarını davam etdirir.

10. QOL. "Karvan" hesabı açdı. İsmayıl Məmmədov penaltini dəqiq yerinə yetirdi.

8. "Muğan"ın hücumu qapıya zərbəylə tamamlandı. Lakin top "çərçivə"yə düşmədi.

5. Oyuna "Karvan" fəal başlayıb. Atayevin zərbəsi qapıdan aralı keçdi.

Oyun başladı.

 

TURNİR CƏDVƏLİ 

1

"Qarabağ"

16

10

4

2

16-8

34

2

"İnter"

16

10

3

3

29-16

33

3

"Xəzər Lənkəran"

16

9

5

2

22-9

32

4

"Neftçi"

16

8

4

4

18-12

28

5

"Bakı"

16

8

3

5

16-14

27

6

"Simurq"

16

7

6

3

18-13

27

7

"Qəbələ"

16

7

5

4

19-17

26

8

"Olimpik-Şüvəlan"

16

4

5

7

16-18

17

9

"Muğan"

16

3

5

8

11-22

14

10

"Turan"

16

3

3

10

19-26

12

11

"Karvan"

16

1

4

11

11-25

7

12

"Standard"

16

1

3

12

13-28

6

 

Daha çox


Son xəbərlər