Azərbaycan futbolunda kim kimin atası, qardaşı və qohumudur?

Azərbaycan futbolunda kim kimin atası, qardaşı  və qohumudur?
ÖLKƏ FUTBOLU 18 Dekabr 2009 / 12:15 6472
-  A +

Azərbaycan futbolu ilə azacıq da olsa, maraqlanan hər kəs demək olar ki, onları tanıyır. Amma onların bir-birləriylə yaxından qohum olmaları çoxları üçün qeyri-məlumdur. Qol.Az saytı apardığı kiçik araşdırma nəticəsində Azərbaycan futbol ictimaiyyətində bir-biri ilə qohumluq əlaqələri olanları aşkara çıxardı. Beləliklə, aşağıdakı siyahıya nəzər yetirdikdə Azərbaycan futbolunda kimin kimin qardaşı, atası və ya qohumu olmasından xəbər tutacaqsınız.

Rövnəq Abdullayev (AFFA prezidenti) - Əkbər Hacıyev (“Neftçi”nin prezidenti) - xalaoğlanları

Hafiz Məmmədov (“Bakı”nın prezidenti) - Zeynal Məmmədov (“Bakı”nın baş meneceri) - qardaş

Abdulbari Gözəl (“Qarabağ”ın prezidenti ) - Tahir Gözəl (“Qarabağ”ın vitse-prezidenti) - ata-oğul

Ramin Musayev (PFL-in prezidenti) - Elvin Musazadə (futbolçu) - ata-oğul

Mübariz Mənsimov (“Xəzər Lənkəran”ın fəxri-prezidenti) - Mais Mənsimov (“Xəzər Lənkəran”ın prezidenti) - qardaş

Tahir Süleymanov (“Neftçi”nin vitse-prezidenti) - Məzahir Süleymanzadə (Bakı Futbol Federasiyasının vitse-prezidenti) - qardaş

Qurban Qurbanov (məşqçi) - Musa Qurbanov (veteran futbolçu) - qardaş

Samir Ələkbərov (veteran futbolçu) - Aydın Ələkbərov (hakim) - qardaş

Yaşar Hüseynov (məşqçi) - Müşfiq Hüseynov (məşqçi) - qardaş

Qurban Qurbanov (məşqçi) - Tural İsgəndərov (futbolçu) - dayı-bacıoğlu

Adil Nadirov (“Qarabağ”ın təsisçisi) - Vüqar Nadirov (futbolçu) - əmi-qardaş oğlu

Xaqani Məmmədov (futbolçu) - Füzuli Məmmədov (futbolçu) - qardaş

Sahil Kərimov (futbolçu) - Kənan Kərimov (futbolçu) - qardaş

Aqil Nəbiyev (futbolçu) - Nadir Nəbiyev (futbolçu) - qardaş

Vadim Vasilyev (veteran futbolçu) - Roman Vasilyev (hakim) - qardaş

Gülağa Cabbarov (Hakim-inspketorlar komitəsinin sədri) - Rauf Cabbarov (hakim) - ata-oğul

Qürbət Həsənov (Hakim-inspektorlar komitəsinin sədr müavini) - Səbuhi Həsənov (futbolçu) - ata-oğul

Rəşad Sadiqov (futbolçu) - Səbuhi Sadiqov (futbolçu) -qardaş

Asif Əliyev (veteran futbolçu) - Vasif Əliyev (futbolçu) - ata-oğul

Kərim Ağayev (hakim-inspektor) - Əliyar Ağayev (hakim) - ata-oğul

Lətif Novruzov (keçmiş AFFA rəsmisi) - Rüstəm Novruzov (futbolçu) - ata-oğul

Şahin Diniyev (məşqçi) - Kərim Diniyev (futbolçu) -ata-oğul

Yunis Məmmədov (menecer) - Saşa Yunisoğlu (futbolçu) - ata-oğul

Ramal Hüseynov (futbolçu) - Zeynalabdin Hüseynov (futbolçu) - qardaş

Ceyhun Soltanov (futbolçu) - Renat Soltanov (futbolçu) - qardaş

Ruslan Abdullayev (məşqçi) - Elxan Abdullayev (məşqçi) - ata-oğul

Füzuli Əliyev (məşqçi) - Elvin Əliyev (futbolçu) - ata-oğul

Mehman Allahverdiyev (veteran futbolçu) - Füzuli Allahverdiyev (veteran futbolçu) - qardaş

Vüsal Qarayev (futbolçu) - Xəyal Qarayev (futbolçu) - qardaş

İqor Ponomaryov (məşqçi) - Anatoli Ponomaryov (futbolçu) - ata-oğul

Sergey Kramarenko (veteran futbolçu) - Dmitri Kramarenko (futbolçu) - ata-oğul

Ruslan Poladov (futbolçu) - Elşən Poladov (futbolçu) - qardaş

Emil Kitelman (futbolçu) - Mixail Kitelman (futbolçu) - qardaş

Samir Əliyev (futbolçu) - Ramil Sayadov (futbolçu) - yeznə-qayın

Mehman Mahmudov (hakim) - İlqar Əliyev (AFFA rəsmisi) kürəkən - qaynata

Səfər Haşımov (hakim-inspektor) - Ceyhun Haşımov (hakim) - ata-oğul

Zaur Ramazanov (futbolçu) - Ağabala Ramazanov (futbolçu) - qardaş

Emin İmaməliyev (futbolçu) - Namiq Həsənov (futbolçu) - yeznə-qayın

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı