Rəşad Sadıqov "Qarabağ"da qalacaq

ÖLKƏ FUTBOLU 18 Dekabr 2009 / 11:38 2078
-  A +

Qış “transfer pəncərəsi”nin açılmasına olduqca az vaxt qalsa da, “Qarabağ”ın və millimizin müdafiəçisi Rəşad Sadıqovun xidmətində heç bir xarici klub maraqlı deyil. Qol.Az-ın məlumatına görə, buna görə də Rəşad Sadıqov ən azı yaya qədər “Qarabağ”da qalacaq. Futbolçu məsələ ilə bağlı bunları bildirib: “Düzü, hələ Avropa Liqasının oyunlarından öncə “Qarabağ”la müqavilə bağlayarkən belə bir razılıq əldə etmişdik: xarici klubdan təklif gəlsə, gedəcəyəm. Əlbəttə ki, Azərbaycanı onun hüdudlarından kənarda təmsil etmək ən böyük arzularımdan biri olub. Amma bu il mənimlə heç bir xarici komanda maraqlanmır. Gərək təklif ola ki, müzakirə edib qərar verəsən. Səmimi deyirəm, təklif yoxdur. Böyük ehtimalla ən azı yaya qədər “Qarabağ”da qalacağam. Hazırkı komandamda futbol oynamaq üçün münbit şərait var”.

Mənbə: "Çempion" qəzeti

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı