AFFA "Olimpik-Şüvəlan"ın şikayətini qəbul etmədi

AFFA "Olimpik-Şüvəlan"ın şikayətini qəbul etmədi
XƏBƏR 17 Dekabr 2009 / 21:40 1774
-  A +

AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin bu gün keçirilən iclasında “Xəzər Lənkəran” FK-nın futbolçu Mario Souza Santana barədə AFFA-nın İntizam Komitəsinin 11.12.2009-cu il tarixli qərarından və “Olimpik-Şüvəlan” PFK tərəfindən hakim Əfqan Həmzəyev barədə verilmiş şikayətə baxılaraq yekdilliklə aşağıdakı qərarlar qəbul edilib:
1. Mario Souza Santana intizam tədbiri olan kənarlaşdırmanın çəkilməmiş hissəsindən 2 aylıq sınaq müddəti təyin edilməklə şərti olaraq azad edilsin.
2. “Olimpik-Şüvəlan” PFK tərəfindən hakim Əfqan Həmzəyev barədə verilmiş şikayət təmin olunmasın.

Daha çox


Son xəbərlər