Xarici klublar Vaqif Cavadova görə “Qarabağ”a rəsmi təklif göndəriblər

ÖLKƏ FUTBOLU 17 Dekabr 2009 / 14:34 3047
-  A +

“Qarabağ”ın direktoru Əmrah Çəlikəl Ağdam klubuyla yeni müqavilə imzalayan Vaqif Cavadovun transfer məsələsinə aydınlıq gətirib. Klub rəsmisi Qol.Az-ın müxbirilə söhbətində bildirib ki, Cavadova görə artıq bəzi xarici klublar “Qarabağ”a rəsmi müqavilə təklif edib: “Biz Vaqiflə yeni sözləşmə imzaladıq. Bu, qarşılıqlı razılaşma əsasında baş tutdu. Yəni ki, həm biz, həm də Vaqif müqavilənin vaxtının uzadılmasına maraqlıydıq. Vaqif Cavadov elə qışda “Qarabağ”ı tərk edə bilər. Amma o, hansısa digər yerli kluba deyil, daha səviyyəli çempionatda çıxış etmək üçün komandamızdan gedə bilər. Gizlətmirəm, Vaqiflə ciddi şəkildə maraqlanan klublar var. Onlar hətta bizə rəsmi şəkildə müraciət də ediblər. Amma indi danışıqlar davam etdiyindən, həmin klubların adlarının açıqlamaq istəməzdim. Yəqin ki, təxminən 10-15 günə bu məsələyə aydınlıq gələcək. Biz təkcə Vaqifi deyil, digər oyunçularımızı da əcnəbi klublara buraxmağa hazırıq. Çünki bu yalnız və yalnız Azərbaycan futbolunun xeyrinə olacaq”.   

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord