"Muğan" "Karvan"la oyuna itkilərlə hazırlaşır

"Muğan" "Karvan"la oyuna itkilərlə hazırlaşır
XƏBƏR 17 Dekabr 2009 / 12:36 1688
-  A +

Unibank Premyer Liqasının XVI turunun açılış oyununda Yevlaxa səfər edəcək "Muğan" klubu "Karvan"la oyunun hazırlıqlarını başa vurmaq üzrədir. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, gündə 1 dəfə olmaqla "Ədliyyə" stadionunda Almir Hurtiçin rəhbərliyi altında məşq edən komanda sabah "Karvan"la oyuna mütləq qələbə üçün çıxacaq.
Salyan təmsilçisi ilk dövrədə 1:0 hesabı ilə qalib gəldiyi rəqibi ilə oyuna bir sıra itkilərlə hazırlaşır. Zədələri olan Cavad Mirzəyev və Akeem Prestleyin "Karvan"la oyunda meydana çıxması sual altındadır. Həkim nəzarətində olan hər iki futbolçunun müalicəsi davam etdiyindən onların oynayıb-oynamayacağı oyun saatında bəlli olacaq. "Neftçi" ilə oyunda qırmızı vərəqə alaraq cəzalı duruma düşən Taqim Novruzovun sabahkı oyunu buraxacağı isə dəqiqdir.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın