«Bakı»nın baş koordinatoru komandasına yemək bişirdi (ŞƏKİL)

«Bakı»nın baş koordinatoru komandasına yemək bişirdi (ŞƏKİL)
XƏBƏR 17 Dekabr 2009 / 11:30 2396
-  A +

«Bakı» klubunun baş koordinatoru Akif Özakyol Unibank Premyer Liqasının 15-ci turu öncəsi texniki heyəti təəccübləndirib. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Komanda Zaqatalada "Simurq" oyununun hazırlıqlarını davam etdirdiyi vaxt Akif Özakyol mətbəxdə əsl lider olduğunu sübut edib. Baş koordinatorun şəxsən hazırladığı çorbalar məşqçilər heyəti tərəfindən sevilərək yeyilib və ən yüksək balla qiymətləndirilib.
Təamlar o qədər dadlı alınıb ki, baş məşqçi Bülənt Qorxmaz "Akif bəy, qoluna qüvvət, çox dadlı yeməklər bişirmisən. Kaş ki, 4 çorba hazırlayardın. 2 çorba bişirdin, 2 qolla qalib gəldik" -  deyərək koordinarun kulinariya istedadını xüsusi qeyd edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord