“Simurq” 20 yaşlı qapıçının ümidinə qalıb

XƏBƏR 16 Dekabr 2009 / 22:45 2028
-  A +

Məşqlərini davam etdirən "Simurq" "Qarabağ"la görüş ərəfəsində daha iki futbolçunun xidmətlərindən məhrum olub. Qol.Az-ın klubun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, bugünkü məşqdə Kaxaber Çxetiani və Vitali Postranski iştirak etməyiblər. Bu barədə baş məşqçi Roman Pokora məlumat verib. “Bakı” ilə qarşılaşmada zədələnən və 75-ci dəqiqədə əvəzlənən Çxetiani bu bazar günü meydançaya çıxa bilməyəcək. Qasıq nahiyəsində ağrılardan əziyyət çəkən qapıçı Vitali Postranski də "Qarabağ"la görüşü buraxa bilər. Qeyd edək ki, Postranskidən əlavə Pokoranın ixtiyarında yalnız bir qapıçı - 20 yaşlı Fuad Əhmədov var.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord