Qurban Qurbanov ilin məşqçisi, Vaqif Cavadov isə futbolçusu seçildi

XƏBƏR 16 Dekabr 2009 / 22:06 1956
-  A +

Bu gün “Komanda” qəzetinin keçirdiyi sorğunun nəticələrinə əsasən qaliblərə mükafatlar təqdim olunub. Qol.Az-ın məlumatına görə, idman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə görə “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov ilin ən yaxşı baş məşqçisi, millimizin və “Qarabağ”ın hücumçusu Vaqif Cavadov isə ilin ən yaxşı futbolçusu seçilib. Hər iki qalib bu mükafata layiq görüldüklərinə görə şad olduqlarını bildiriblər.
Daha sonra həm Qurban Qurbanov, həm də Vaqif Cavadov jurnalistlərin suallarını cavablandırıblar.


Son xəbərlər