“Simurq” Andrey Şeryakovu transferə çıxardı

“Simurq” Andrey Şeryakovu transferə çıxardı
PREMYER LİQA 16 Dekabr 2009 / 18:56 3375
-  A +

“Simurq” rəhbərliyi belaruslu futbolçu Andrey Şeryakovu transferə çıxarıb. Qol.Az-ın Zaqatala klubunun rəsmi internet saytına istinadən verdiyi məlumata görə, futbolçunun transfer hüququna yiyələnmək istəyən klublar ilk növbədə "Simurq"-a müraciət etməlidir. Klub Şeryakovun özünə yeni komanda axtarması üçün bütün şəraiti yaradıb.
Qeyd edək ki, artıq Zaqatalanı tərk edən belaruslu hücumçu yayda "Simurq"a Jodino "Torpedo"sundan transfer edilib . Bu müddətdə 9 oyuna çıxan Şeryakov bir dəfə də olsun fərqlənə bilməyib.

 


Son xəbərlər