“Grassroots” proqramı çərçivəsində seminar başlayıb

“Grassroots” proqramı çərçivəsində seminar başlayıb
XƏBƏR 16 Dekabr 2009 / 18:16 1909
-  A +

Bu gün AFFA-nın Futbol akademiyasında FİFA-nın «Grassroots» proqramı çərçivəsində seminar öz işinə başlayıb. Qol.Az-ın AFFA-nın rəsmi internet saytına istinadən verdiyi məlumata görə, 30-dan artıq məşqçinin və 70-dən çox aşağı yaşlı futbolçunun iştirak etdiyi tədbirə FİFA tərəfindən ezam olunmuş mütəxəssis Horst Kriete və 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Oliver Pelzer rəhbərlik edir. Dekabrın 19-da yekunlaşacaq seminarın mövzuları uşaqların futbola cəlb olunması, bu idman növünün kütləviliyinin artırılması, uşaqların futbol haqqında ümumi anlayışının formalaşdırılması və əsas oyun qaydalarının mənimsənilməsidir.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın