Zeynal Məmmədov: “Moskvaya kuboku qazanmaq üçün gedirik”

Zeynal Məmmədov: “Moskvaya kuboku qazanmaq üçün gedirik”
PREMYER LİQA 16 Dekabr 2009 / 17:44 3118
-  A +

"Biz turnirə əsas heyətlə gedəcəyik və məqsədimiz ən azı finalda oynamaqdır. Təbii ki, əgər finala çıxacağıqsa, deməli həm də kuboku qazanmaq iddiasındayıq". Qol.Az-ın “Trend” İnformasiya Agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri gələn ilin yanvarında ölkəmizi hər il Moskvada təşkil olunan “MDB və Baltikyanı dövlətlərin çempionlarının Birlik Kuboku” turnirində təmsil edəcək "Bakı"nın baş meneceri Zeynal Məmmədov deyib.
Klub rəsmisinin sözlərinə görə, Bülənt Qorxmazın baş məşqçi təyin olunmasından sonra komandadan bir neçə oyunçunun getməsi "Bakı"nın zəifləməsinə səbəb olmayıb: “Klubumuzda oyunçuların sayı çox olduğundan, gedənlərə görə problemlə üzləşməmişik. Transfer pəncərəsi açılandan sonra yeni oyunçularla müqavilə bağlanacaq və bununla da "Bakı" daha da güclü oyun nümayiş etdirəcək. Transfer edəcəyimiz oyunçuların sayı 5-6 nəfər olacaq. Yerli komandalarda çıxış edən hər hansı yerli futbolçu ilə maraqlanmırıq. Düşünürəm ki, komandamızda olan yerli futbolçular da kifayət qədərdir". Xatırladaq ki, “Bakı” tarixində ikinci dəfə olaraq Rusiya paytaxtında ölkəmizi təmsil edəcək. “Zolaqlılar” ilk cəhddə ¼ final Moskva ÇSKA-sına oyunsonrası penaltilərlə uduzaraq, mübarizəni dayandırmışdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı