"Simurq" "Qarabağ" önünə itkilərlə çıxacaq

XƏBƏR 16 Dekabr 2009 / 16:15 2013
-  A +

"Simurq" klubu dünəndən etibarən Premyer Liqanın XVI turunda qarşılaşacağı "Qarabağ"la matçın hazırlıqlarına başlayıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, dünən Zaqatala stadionunda iki məşqə çıxan komanda bu gündən etibarən birdəfəlik məşqlərə keçəcək. Komandanın belaruslu hücumçusu Andrey Şeryakovun zədə üzündən Quzanlıdakı matçı buraxacağı dəqiqdir. Rasim Ramaldanov və Vüsal Qarayevin də yüngül zədələri var və onlar fərdi məşqlərlə kifayətlənirlər.

Son xəbərlər