Milli komandamız 2009-cu ili 114-cü pillədə başa vurdu

XƏBƏR 16 Dekabr 2009 / 14:50 1896
-  A +

FİFA bu gün milli komandaların növbəti aylıq reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, ötən ayla müqayisədə iki pillə irəliləyən milli komandamız 114-cü yerə yüksəlib. Hazırda millimizin hesabında 236 reytinq balı var. Millimiz sıralamada Gürcüstan, Qazaxıstan kimi ölkələri qabaqlayır.
Dünya reytinqinə əvvəlki kimi İspaniya millisi başçılıq edir. Braziliya ikinci, Hollandiya üçüncü, sonuncu dünya çempionu İtaliya isə dördüncüdür. Rusiya millisi 12-ci, Ukrayna 22-ci, Türkiyə millisi isə 41-ci pillədə qərarlaşıb.
Milli komandaların növbəti reytinq cədvəli gələn ilin yanvarında açıqlanacaq.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı