“Lokomotiv”in futbolçusu Bakıya gəldi

“Lokomotiv”in futbolçusu Bakıya gəldi
ÖLKƏ FUTBOLU 16 Dekabr 2009 / 12:58 2254
-  A +

“Bakı”nın transfer siyashısında yer alan Qazaxıstanın “Lokomotiv” klubunun üzvü Jambıl Kukuyev artıq ölkəmizdədir. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, dünən axşam saatlarında Azərbaycana gələn qazaxıstanlı futbolçu artıq “Bakı”nın düşərgəsindədir. Kukuyev bu gün səhər saatlarında baş tutan məşqi kənardan izləyib. Gənc yarımmüdafiəçi sabahdan etibarən çempionumuzun məşqlərində iştirak edəcək. Baş məşqçi qarşıdakı günlərdə Kukuyev haqda yekun qərarını verəcək.
Xatırladaq ki, Jambıl Kukuyev 1988-ci il sentyabrın 20-də Qazaxıstanda anadan olub. Boyu 170 sm, çəkisi 63 кq-dır. Ampulası yarımmüdafiəçidir. Karyerasına “Çesna” klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda “Jeleznodorojnik”, “Astana” FK, “Rahat”, “Alma-ata” klublarında çıxış edib. 2008-ci ildən “Lokomotiv”in şərəfini qoruyur. 2006-cı ildə Qazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazasıxtan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukuyev eyni zamanda Qazaxıstan milli komandasının da şərəfini qoruyub. Millidə keçirdiyi 13 görüşdə 1 qol vurub. Maraqlıdır ki, "Bakı"nın maraq dairəsində düşən futbolçu millidəki yeganə qolunu "Uembli" stadionunda İngiltərə millisinin qapısına vurub. Bu qol həm də keçmiş postsovet ölkələrindən olan futbolçuların "Uembli"də İngiltərə millisinin qapısına vurduğu ilk qol kimi tarixə düşüb. 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın