AFFA rəsmisi: “Azərbaycan Gürcüstanla görüşə bilər”

XƏBƏR 16 Dekabr 2009 / 12:53 2005
-  A +

Futbol üzrə Azərbaycan milli komandası 2010-cu il martın 3-ü üçün nəzərdə tutulan oyun günündə Gürcüstanla qarşılaşa bilər. Bu haqda AFFA İcraiyyə Komitəsinin üzvü, “SOCAR Energy Georgia” MMC-nin prezidenti Mahir Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Gürcüstanla yoldaşlıq yoldaşlıq görüşünün keçirilmə variantının AFFA İcraiyyə Komitəsinin yaxın vaxtlarda keçiriləcək iclasında müzakirəyə çıxarılması mümkündür: “Niyə də yox? Əlbəttə, ola bilər. AFFA İcraiyyə Komitəsində də bu məsələni müzakirə edə bilərik. Fikrimcə, gözəl, ağıllı variantlardan biridir. Mənim üçün normal, doğrudan da kömək edə biləcəyim variantdır. Çünki Gürcüstan milli komandasının səviyyəsi ənənə üzrə bəllidir”.

Lakin İcraiyyə Komitəsinin üzvü hələlik AFFA ilə Gürcüstan Futbol Federasiyası (GFF) arasında danışıqların aparılmadığını açıqlayıb: “Hazırda FİFA-nın müəyyənləşdirdiyi dövr üçün sınaqçı-rəqib axtarılır. Ola bilsin, Gürcüstana da bir variant kimi baxıldı. Digər namizədlərin olub-olmadığını isə AFFA-nın baş katibi Elxan Məmmədovdan soruşsaydınız, daha yaxşı olardı”.

Məmmədov GFF-in prezidenti və bu ölkənin milli komandasının baş məşqçi postunda da dəyişiklik edildiyini xatırladıb. AFFA rəsmisi qonşu ölkə millisinin yeni baş məşqçisi Temuri Ketsbayanı səviyyəli və nüfuzlu mütəxəssis adlandırıb: “Ketsbayanın rəhbərliyi altında Kipr “Anortosis”inin ötən mövsüm Çempionlar Liqasında göstərdiyi nəticədən xəbərdarıq. Onun rəhbərlik etdiyi komandalar daim uğurlu çıxışları ilə seçiliblər. Hesab edirəm ki, Ketsbaya Gürcüstan yığmasına yeni həyat, yeni səviyyə verəcək. O, doğrudan da nüfuzlu və güclü məşqçidir”.

 

Mənbə: lent.az


Son xəbərlər