Əmrah Çəlikəl: «Qarabağ»ın avrokubokların qrup mərhələsində oynaması realdır»

Əmrah Çəlikəl: «Qarabağ»ın avrokubokların qrup mərhələsində oynaması realdır»
MÜSAHİBƏ 16 Dekabr 2009 / 12:29 3097
-  A +

«Qarabağ» klubunun direktoru Əmrah Çəlikəlin Qol.Az saytına müsahibəsi

- Neçə vaxt idi Azərbaycandan kənardaydınız. Türkiyəyə səfərinizin məqsədi nə idi?
- Ora «Azərsun» Şirkətlər Qrupundakı işimə görə getmişdim. Futbolla bağlı hər hansı fəaliyyətimiz olmadı. Onsuz da komandada işlər öz qaydasında davam edir.
- Burda olmadığınız müddətdə «Qarabağ»ın göstərdiyi nəticələr yəqin ki, sizi qane edir.
- Təbii ki. Bu gün komandamız liderdisə, bundan yalnız məmnun ola bilərik. Bilirsiniz ki, biz hələ mövsümün əvvəlində qarşımıza çempion olmağı hədəf qoymamışıq. Bizim məqsədimiz komandanın gücü çatan ən yüksək nəticəni göstərməkdir.
- Amma «Qarabağ»ın turnir cədvəlinin lideri olması göstərir ki, klub çempion olmağa qadirdir.
- Bizim yuxarıda dediyim hədəfimiz yenə dəyişmir. «Qarabağ»ın əsas məqsədi Azərbaycan futboluna gənc və istedadlı futbolçular bəxş etməkdir.
- Siz yerli futbolçulara üstünlük verdiyinizi desəniz də, baş məşqçi Qurban Qurbanov qış transferi zamanı «Qarabağ»a legioner futbolçuların cəlb olunmasının mümkünlüyündən danışıb. Halbuki yerli futbolçulara verdiyi üstünlüyə görə «Qarabağ» nümunə kimi göstərilib.
- Əlbəttə, biz əcnəbi futbolçular gətirə bilərik. Amma bu addamı nəticə qazanmaq üçün atmayacağıq. Bizim əcnəbi futbolçuları komandamıza transfer etmək istəyimizin başlıca səbəbi yetişməkdə olan yeni yerli futbolçuların legionerlərin təcrübələrindən faydalanmasıdır.
- «Qarabağ»ın çempionatdakı əsas rəqiblərindən olan «Neftçi» hədəflərinin Çempionlar Liqasının qrup mərhələsində  oynamaq olduğunu bəyan edib. Bəs, «Qarabağ»ın avrokuboklarla bağlı məqsədi nədir?
- Komandamızın bu il Avropa Liqasında pley-off mərhələsinədək gəlməsi sübut etdi ki, «Qarabağ»ın növbəti mövsümdə Avropa kuboklarının qrup-mərhələsində oynaması realdır. Amma biz Çempionlar Liqası və ya Avropa Liqasının qrup yarışlarında oynasaq belə, yenə də əsas məqsədimiz Azərbaycana, milli komandamıza layiqli futbolçular bəxş etmək olacaq. 
- «Qarabağ»ın son ev oyununu - «Muğan»la qarşılaşmanı Quzanlıda deyil, Suraxanı stadionunda keçirməsinin səbəbi nə idi?
- Ağdamdakı stadionda işlər getdiyindən biz «Muğan»dan oyunu Bakıda keçirməyi xahiş etdik. Onlar da sağ olsun, razılaşdılar. «Simurq»la bu həftəki oyunumuzu isə əvvəlki qaydada Quzanlı stadionunda keçirəcəyik.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı