“Bakı”da daha bir belaruslu futbolçu (EKSKLÜZİV)

“Bakı”da daha bir belaruslu futbolçu (EKSKLÜZİV)
XƏBƏR 15 Dekabr 2009 / 21:58 2774
-  A +

Belaruslu futbolçu Aleksandr Saçivko ilə maraqlanan “Bakı” baxışa başqa bir belaruslu oyunçunu dəvət edib. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, çempionumuz Dmitri Klimoviçlə maraqlanır. Klimoviç artıq “Bakı”nın düşərgəsindədir. Dünən axşam saatlarında ölkəmizə gələn Klimoviç bu gün komandayla birgə ilk məşqinə çıxıb. Belaruslu futbolçu haqda son qərarı baş məşqçi Bülənt Qorxmaz qarşıdakı günlərdə verəcək.
Dmirti Klimoviç 1984-cü ildə anadan olub. Yarımmüdafiəçidir, boyu 182 sm, çəkisi 77 kq-dır. Peşəkar futbolçu karyerasına 6 yaşında Minsk “Torpedo”sunda başlayıb. İlk məşqçisi Petr Leonidoviç Zinkeviç olub. 2002-ci ildən etibarən “BATE”də çıxış etməyə başlayıb. 2007-ci ildən isə “Torpedo”nun (Jodino) şərəfini qoruyur. Belarus çempionatının yüksək dəstəsində 52 oyun keçirib. 4 qol vurub, 4 məhsuldar ötürmə verib.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı