Mario Souza: “Bu, Azərbaycan futbolunun inkişafının göstəricisidir”

Mario Souza: “Bu, Azərbaycan futbolunun inkişafının göstəricisidir”
XƏBƏR 15 Dekabr 2009 / 17:20 2245
-  A +

“Noyabr ayının ən yaxşı futbolçusu seçilmək çox qürurvericidir. Nəzərə almaq lazımdır ki, Azərbaycan çempionatında xeyli sayda yüksək səviyyəli futbolçular çıxış edir”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının birgə keçirdiyi sorğuya əsasən noyabr ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilən Mario Souza deyib. Braziliyalı futbolçu oktyabrın ən yaxşısı seçilən Vaqif Cavadovu təbrik etməyi də unutmayıb: “Bundan sonra da yaxşı çıxış etməyə çalışacağam. Fikrimcə, bu cür sorğuların keçirilməsi bir daha Azərbaycan futbolunun inkişafının göstəricisidir. Oktyabrın ən yaxşı futbolçusu seçilən Vaqif Cavadovu da təbrik edirəm. Vaqif həm “Qarabağ”da, həm də Azərbaycan milli komandasında çox yaxşı çıxış edir. Ona gələcəkdə daha parlaq uğurlar qazanmağı arzu edirəm”.


Son xəbərlər