Vaqif Cavadov: “Həmişə irəlidə olmağa çalışmışam”

XƏBƏR 15 Dekabr 2009 / 17:12 1894
-  A +

“Bu mükafatı aldığıma görə çox sevinirəm. Mənə səs verən hər bir kəsə öz təşəkkürümü bildirirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqası və Unibank Kommersiya Bankının birgə keçirdiyi sorğuya əsasən oktyabr ayı üçün Premyer Liqanın ən yaxşı oyunçusu seçilən Vaqif Cavadov deyib. O bildirib ki, məqsədi hər zaman irəlidə olmaqdır: “Bu mükafat mənim məsuliyyətimi daha da artırır. Çalışacağam ki, bundan sonra daha böyük uğurlar qazanım. Mənim məqsədim həmişə irəlidə olmaq, digərlərindən seçilməkdir. Məhz bunun üçün çalışıram”.


Son xəbərlər