Elmar Baxşıyev “Standard”la oyunda meydana qayıda bilər

Elmar Baxşıyev “Standard”la oyunda meydana qayıda bilər
XƏBƏR 15 Dekabr 2009 / 14:13 1948
-  A +

Bir müddət həqiqi hərbi xidmətdə olan, yalnız bir neçə gün bundan əvvəl hərbi xidməti başa vuraraq,  Bakıya geri dönən milli komandamızın və “Neftçi”nin yarımmüdafiəçisi Elmar Baxşıyev həftə sonu yaşıl meydana qayıda bilər. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov məlumat verib: “Elmar Baxşıyev artıq bir müddətdir komandayla birgə məşqlərdə iştirak edir. Biz hələ onu “Muğan”la oyunda meyddana buraxmağı düşünürdük. Lakin Elmar qripə yoluxdu. Hazırda müalicə alır. Sabahdan etibarən komandayla birgə məşqlərdə iştirak edəcək. Biz “Standard”la oyunda onun xidmətindən istifadə etmək istəyirik. Lakin son qərarı həkimlər verəcək”.                


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord