Tunc Afşar: “Həm Ostapenko, həm də Saçivko barədə qərarı baş məşqçimiz verəcək”

Tunc Afşar: “Həm Ostapenko, həm də Saçivko barədə qərarı baş məşqçimiz verəcək”
ÖLKƏ FUTBOLU 15 Dekabr 2009 / 12:50 2143
-  A +

“Klubumuzun transfer komitəsi var. Həm Ostapenkonun, həm də Saçivkonun oyununu da məhz həmin komitənin üzvləri izləyib, bəyəniblər. Amma hər iki futbolçu haqda son qərarı baş məşqçimiz Bülənt Qorxmaz verəcək”. Qol.Az-ın müxbirilə söhbətində bu sözləri “Bakı”nın vitse-prezidenti Tunc Afşar deyib. Klub rəsmisi digər əcnəbiləri Bakıda deyil, Antalyada sınaqdan keçirəcəklərini bildirib: “Şübhəsiz, yalnız bu iki futbolçuyla kifayətlənməyəcəyik. Komandamızın düşərgəsinə sınaqdan keçmək üçün yenə də futbolçular gələcək. Amma baş məşqçimiz onları burada deyil, Antalayada yoxlayacaq. Bildiyiniz kimi, yanvarın əvvəlində komandamız Antalyaya təlim-məşq toplanışına yollanacaq. Komandaya hansı futbolçuların qoşulacağına da məhz orada aydınlıq gələcək”.   

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı