“Minsk”in futbolçusu “Bakı”da (EKSKLÜZİV)

“Minsk”in futbolçusu “Bakı”da (EKSKLÜZİV)
PREMYER LİQA 15 Dekabr 2009 / 12:41 3483
-  A +

“Bakı”nın düşərgəsində daha bir yeni futbolçu var. Qol.Az-ın əldə etdiyi məlumata görə, qazaxıstanlı futbolçu Sergey Ostapenkonun ardından belaruslu Aleksandr Saçivko da baxışdan keçmək üçün Bakıya gəlib. Saçivko artıq paytaxtımızdadır və bu gündən etibarən “Bakı”yla birgə məşqlərə qatılacaq.
Aleksandr Saçivko 1986-cı ildə anadan olub, yarımmüdafiəçidir. 21 yaşadək futbolçulardan ibarət Belarus milli komandasının üzvüdür. Karyerasında sonuncu klubu “Minsk” olub. Sonuncu mövsümdə bu klubun heyətində ölkə çempionatında 26 görüşün hamısında meydana çıxıb. Meydanda olduğu 2371 dəqiqə ərzində 1 qol vurub. Saçivkonun “Bakı”da qalı-qalmayacağına baş məşqçi Bülənt Qorxmaz qərar verəcək.

 

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı