"Neftçi"də səkkiz itki

XƏBƏR 15 Dekabr 2009 / 11:24 1863
-  A +

"Standard"la oyuna hazırlaşan "Neftçi" klubunun heyətində zədəlilərin sayı artıb. Qol.Az-ın klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, zədə üzündən son oyunları buraxan Zaur Tağızadə və Andrey Stepanova "Muğan"la görüşdən sonra daha bir neçə futbolçu qoşulub. Suat Usta, Ruslan Abışov, Adrian Neaqa, Dmitri Kruqlov, Samir Əliyev və Leonard Naydinin "Standard"a qarşı oynayıb-oynamayacaqları hələ məlum deyil.

Qeyd edək ki, Unibank Premyer Liqasının XVI turunda "Standard" klubunu qəbul edəcək "Neftçi" sabahdan etibarən klubun bazasında məşqlərini bərpa edəcək.

 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın