Jabanı Zaqatalada kötəkləyiblər

Jabanı Zaqatalada kötəkləyiblər
ÖLKƏ FUTBOLU 14 Dekabr 2009 / 23:31 2311
-  A +

“Çox mücadilə etdik, çətin oyun alındı. Bizə də, onlara da xal lazım idi, bu səbəbdən oyunun ağır keçəcəyini bilirdik”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq” - “Bakı” oyunu haqda danışarkən paytaxt komandasının braziliyalı hücumçusu Jaba klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Jaba bildirib ki, “Simurq”un futbolçuları ona qarşı çox kobud oyanyıblar: “Rəqibin müdafiəçiləri sərt oynayırdılar, ayaqlarıma o qədər kötək dəydi ki... Maraqlı oyun alındı, azarkeşlər gərgin mübarizənın şahidi oldular, meydanın bütün sahələrində top uğrunda savaş getdi. Biz daha yaxşı oynadıq, hesabı açandan sonra rəqib təzyiqləri artırdı. Nəticədə hesabı bərabərləşdirməyi bacardılar. Fasilədən sonra hər şeyi yenidən başlamaq lazım gəldi. İkinci qolu vurandan sonar inandım ki, qalib gələcəyik. Komandamız, ümumilikdə, yaxşı oynadı. Qələbəyə layiq tərəf biz idik”. 
 

Daha çox


Son xəbərlər