Fabio Luis Ramim: “Olimpik-Şüvəlan” və “Qarabağ”ı da məğlub etmək istəyirik”

Fabio Luis Ramim: “Olimpik-Şüvəlan” və “Qarabağ”ı da məğlub etmək istəyirik”
XƏBƏR 14 Dekabr 2009 / 23:23 2432
-  A +

“Komandamız indi yaxşı vəziyyətdədir, gündən-günə inkişaf hiss olunur. Məşqçimiz səviyyənin daha da artmasını təmin edir, biz isə onun göstərişlərinə əsasən çalışırıq”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın və milli komandamızın üzvü Fabi Luis Ramim klubun rəsmi internet saytına verdiyi açıqlamada deyib. Fabio bildirib ki, “Bakı” bu gün ölkənin ən güclülərindən biridir: “Biz liqanın ən güclü komandalarından biriyik. Heyətimiz yaxşı oyunçulardan təşkil olunub. Turnir cədvəlində daha yuxarı pillələrə qalxmaq üçün çalışırıq. İrəlidə iki oyunumuz var. “Olimpik-Şüvəlan” və “Qarabağ”la oyunlarda maksimim nəticə əldə edib, yeni ilə qalib əhval-ruhiyyə ilə qədəm qoymaq istəyirik”.
Cari mövsümdə “Simurq”la oyunda qol hesabını açan Ramim bildirib ki, onun üçün əsas şəxsi göstəricisi deyil, komandasının qələbəsidir.

 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı