Vaqif Sadıqov: «Neftçi» qətiyyən özünə bənzəmir, komandada mübarizlik itib"

MÜSAHİBƏ 14 Dekabr 2009 / 11:58 3255
-  A +

«Neftçi»nin baş məşqçisi Vaqif Sadıqov Qol.Az saytına verdiyi qısa müsahibədə komandasının dünən «Muğan»a qarşı oyundakı uğursuzluğunun səbəbləri barədə danışıb

- Son iki oyunda - «Qəbələ» və «Muğan»la matçlarda komandanız mühüm xallar itirib. Səbəb nədir?
- Bunu təbii qarşılamalıyıq. Biz demək olar ki, bir heyətlə, 12-13 nəfərlə mübarizə aparırıq. Komandamızın son iki oyundakı uğurlu çıxışına obyektiv səbəblər mane olub. Bəzi futbolçuların cəzası var, bəzilərinin isə zədəsi. Bir də komanda belə gərgin qrafikə dözə bilmir. Bəxt amili də öz sözünü deyir. Dünənki oyunda bir neçə qol epizodu yaxalasaq da, istifadə edə bilmədik. Ümumiyyətlə, «İnter»lə oyundan sonrakı dörd matçda «Neftçi» qətiyyən özünə bənzəmir.
- Niyə? Nə baş verir?
- Mən həmişə demişəm ki, hər bir kollektivdə mübarizlik olmalıdır. Amma o mübarizlik bu gün «Neftçi»də itib, elə bil futbolçularda qələbə qazanmaq istəyi dayanıb. Futbolçular özünü bütövlükdə oyuna qurban vermir.
- Axı, niyə?
- Bu suala rahatlıqla cavab tapa bilsəydik, nə var idi?!
- Son vaxtlar «Neftçi»nin yeni rəhbərliyinə, o cümlədən sizə qarşı kənar təzyiqlər artıb. Mümkündürmü ki, bütün bunlar komandanın daxilinə də sirayət eləsin? Sualı bir az da dəqiqləşdirək, son uğursuzluqlar bəzi futbolçular tərəfindən sizə qarşı hazırlanan təxribatın tərkib hissəsi ola bilərmi?
- Mən inanmıram ki, hansısa bir futbolçu bilərəkdən oynamasın və ya təxribat hazırlasın. Hərçənd, onu da demək istəyirəm ki, hər şey ola bilər.
- Artıq çempionatda qış fasiləsinə az qalıb. Yəqin ki, komandada ciddi dəyişikliklər olacaq?
- Açığı, indidən nəsə deməyə çətinlik çəkirəm. Gərək, transfer strategiyamızı tam müəyyənləşdirək. Hələliksə, bütün uğursuzluqları unudub özümüzü psioxoloji cəhətdən «Standard» və «Simurq»la oyunlara hazırlayırıq.

 

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı