"Çelsi"də təcili toplandı: Mourinyo qalır, yoxsa gedir?

"Çelsi"də təcili toplandı: Mourinyo qalır, yoxsa gedir?
DÜNYA FUTBOLU 16 Dekabr 2015 / 13:49 8256
-  A +

"Çelsi" bu gün baş məşqçisi Joze Mourinyo ilə əməkdaşlığa davam edib-etməməklə bağlı qərar verəcək.

Qol.Az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bununla bağlı bu gün London klubunun sahibi Roman Abramoviç iclas keçirəcək.

İclasda klub üzvləri Bruce Buk, Marina Qranovskaya, Eugene Tenebaum və Mişel Emenalo iştirak edəcək. Sözügedən şəxslərin iştirakı ilə bu gün Joze Mourinyonun gələcəyi ilə bağlı yekun qərar veriləcək.

Qeyd edək ki, "Çelsi" İngiltərə Premyer Liqasının turnir cədvəlində 16 turdan sonra 15 xalla 16-cı pilədə qərarlaşıb.

Əlavə edək ki, "Çelsi" J.Mourinyonu istefaya göndərsə, ona 40 milyon funt sterlinq təzminat ödəyəcək.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord