"Tvente" avrokuboklarda iştirakdan məhrum edildi

"Tvente" avrokuboklarda iştirakdan məhrum edildi
DÜNYA FUTBOLU 16 Dekabr 2015 / 02:12 5718
-  A +

Hollandiya çempionatında mübarizə aparan “Tvente” klubu 3 il müddətinə avrokuboklardan məhrum edilib.

Qol.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, buna səbəb klubun sponsoru olan “Doyen Sports”la müqavilədə qayda pozuntularına yol verməsidir.

Məlumatı Hollandiya Futbol Federasiyası (KNVB) da təsdiqləyib. Həmçinin, onu da qeyd ediblər ki, “Tvente” cəzadan başqa 45250 avro məbləğində təzminat da ödəyəcək.

Xatırladaq ki, bir müddət əvvəl Holandiya mətbuatında klubun sponsoru olan “Doyen Sports”un “Tvente”nin tarnsfer məsələlərinə və idarəçiliyinə müdaxilə etdiyi barədə məlumat yayılmış və KNVB məsələni araşdırmağa başlamışdı. Onu da qeyd edək ki, “Tvente” klubunu son dəfə iştirak etdiyi Avropa Liqasında “Qarabağ” mübarizədən kənarlaşdırmışdı.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın