Avropa Liqasında türk-rus "duel"i

Avropa Liqasında türk-rus "duel"i
DÜNYA FUTBOLU 14 Dekabr 2015 / 16:30 22259
-  A +

Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.

Qol.Az-ın məlumatına görə, tədbir İsveçrənin Nyon şəhərində keçirilib.

Püşkatma mərasimində 32 komanda iştirak edəcək ki, bunların sırasında Azərbaycan təmsilçisi yoxdur. Klublarımızdan həm "Qarabağ", həm də "Qəbələ" qrup səddini aşa bilməyib.

Türkiyəni turnirdə "Qalatasaray" və "Fənərbaxça" klubları təmsil edir. "Qalatasaray" 1/16 finalda "Latsio"ya, "Fənərbaxça" isə "Lokomotiv" (Moskva) klubuna rəqib olub.

Qeyd edək ki, Avropa Liqasında 1/16 finalın ilk oyunları 18 fevral, cavab görüşləri isə 25 fevralda keçiriləcək.



Avropa Liqasında 1/16 finalın cütlükləri:

"Valensiya" (İspaniya) - "Rapid" (Avstriya)

"Fiorentina" (İtaliya) - "Tottenhem" (İngiltərə)

"Borussiya" (Dortmund, Almaniya) - "Portu" (Portuqaliya)

"Fənərbaxça" (Türkiyə) - "Lokomotiv" (Moskva, Rusiya)


"Anderlext" (Belçika) - "Olimpiakos" (Yunanıstan)

"Midtiyullan" (Danimarka) - "Mançester Yunayted" (İngiltərə)

"Ausburq" (Almaniya) - "Liverpul" (İngiltərə)

"Sparta" (Çexiya) - “Krasnodar” (Rusiya)


"Qalatasaray" (Türkiyə) - "Latsio" (İtaliya)

"Sion" (İsveçrə) - "Braqa" (Portuqaliya)

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şalke" (Almaniya)
 
"Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)


"Sevilya" (İspaniya) - "Molde" (Norveç)

"Sportinq" (Portuqaliya) - "Bayer" (Leverkuzen, Almaniya)

"Vilyareal" (İspaniya) - "Napoli" (İtaliya)

"Sent-Etyen" (Fransa) - "Bazel" (İsveçrə)


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı