"Ən çətin qrupa düşdük" – Fatih Terim

"Ən çətin qrupa düşdük" –  Fatih Terim
DÜNYA FUTBOLU 13 Dekabr 2015 / 13:42 9474
-  A +

Türkiyə millisinin baş məşqçisi Fatih Terim "Avro-2016"nın final mərhələsindəki rəqiblərini dəyərləndirib.

Qol.Az-ın məlumatına görə, Terim yerli mətbuata açıqlamasında çətin qrupa düşdüklərini deyib:

"Hədəflərinə çatmaq üçün hər şey edən bir komandamız var. Bir türk uşağının Avropa çempionatında forma geyməyini görmək böyük sevincdir.

Digərlərinə nisbətən bizim qrupda ağır oyunlar olacaq. Çexiya bizim kimi bir komandadır. İspaniyanın hər bir futbolçusu dünya ulduzudur. Xorvatiya millisi ilə dünya çempionatında da rəqibik. Ən çətin rəqiblər bizə düşdü. Ancaq rəqibimizin kim olmasından asılı olmayaraq məmnunuq. Mən inanmalıyam ki, komandam da məndən ruh alsın. Hədəfimiz qrupda ikinci yeri tutmaqdır".

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord