Çempionlar Liqasının qrup mərhələsinin statistikası

Çempionlar Liqasının qrup mərhələsinin statistikası
DÜNYA FUTBOLU 12 Dekabr 2015 / 16:55 9271
-  A +

Dünyanın məşhur idman portallarından olan "goal.com" geridə qalan Çempionlar Liqasının qrup mərhələsinin "ən yaxşı" və "ən pis"lərini müəyyənləşdirib.

Qol.Az saytı cari mövsüm Çempionlar Liqasının qrup mərhələsinin statistikasını təqdim edir:

 

 


Ən çox qol vuran komandalar:

"Real" (Madrid, İspaniya) - 19, "Bavariya" (Almaniya) - 19, "Barselona" (İspaniya) - 15 qol


Ən az qol vuran komandalar:

"Makkabi" (Təl-Əviv, İsrail), "Malmö" (İsveç) - hərəyə bir qol vurublar.


Ən çox qol vuran futbolçular:

Kriştiano Ronaldo ("Real", Madrid) - 11, Robert Levandovski ("Bavariya") - 7, Artyom Dzyuba ("Zenit") - 6, Olivye Jiru "Arsenal") - 5 qol.


Penaltidən ən çox qol vuran komanda:

"Sevilya" (İspaniya) - 8 qolun 3-ü penaltidən vurulub.


Başla ən çox qol vuran komandalar:

PSJ (Fransa), "Portu" (Portuqaliya) və "Arsenal" (İngiltərə) - hərəyə 4 qol.


Cərimə meydançasının kənarından ən çox qol vuran komanda:

"Çelsi" (İngiltərə) - 4 qol. Hamısını da Villian vurub.


Qol epizodlarını ən çox boşa verən komandalar:

"Atletiko" (Madrid) - 17, "Barselona" - 17, "Real" (Madrid) - 12.


Ən az qol epizodunu boşa verən komanda:

"Dinamo" (Zaqreb, Xorvatiya) - 6 dəfə


Ən çox qol imkanını boşa verən futbolçular:

Xavyer Hernandez ("Bayer", Leverkuzen) - 6, Kriştiano Ronaldo ("Real", Madrid) - 6 dəfə


Zərbələri ən çox dirəyə tuş gələn komandalar:

"Dinamo" (Kiyev, Ukrayna), "Çelsi" (İngiltərə) , "Valensiya" (İspaniya) - hərəyə 5 dəfə qapı dirəyini nişan alıblar


Ən çox cərimə zərbəsini yerinə yetirən futbolçular:

Kriştiano Ronaldo ("Real", Madrid) - 10 zərbədən 1 qol, Halk ("Zenit") - 6 zərbədən 0 qol, Villian ("Çelsi") - 5 zərbədən 4 qol, Pyaniç ("Roma") - 5 zərbədən 1 qol


Topla ən çox oynayan komandalar:

"Bavariya" (Almaniya) - 71,7 faiz, "Barselona" (İspaniya) - 69,57 faiz, "Mançester Yunayted" (İngiltərə) - 63,2 faiz


Ən çox qol buraxan komandalar:

"Makkabi" (Təl-Əviv, İsrail) - 21, "Malmö" (İsveç) - 16, "Roma" (İtaliya) - 16 qol.


Ən az top buraxan komanda:

PSJ (Fransa) - cəmi 1 qol buraxıb.


Öz qapısına qol vuran komandalar:

"Qalatasaray" (Türkiyə), "Astana" (Qazaxıstan) - hərəyə 2 avtoqol vurublar.


Ən çox sarı vərəqə ilə cəzalandırılan komandalar:

"Zenit" (Rusiya) - 20, BATE (Belarus) - 18, "Valensiya" (İspaniya) - 18, "Benfika" (Portuqaliya) - 18, "Dinamo" (Zaqreb) - 13.


Komandasını qoldan ən çox xilas edən qapıçılar:

Kevin Trapp (PSJ) - 20 dəfə,  Mark-Andre ter Ştegen ("Barselona") - 19 dəfə, Canluici Buffon ("Yuventus") - 18 dəfə


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"