“Bakı” “Lokomotiv”in futbolçusunu transfer edir (EKSKLÜZİV)

“Bakı” “Lokomotiv”in futbolçusunu transfer edir (EKSKLÜZİV)
ÖLKƏ FUTBOLU 12 Dekabr 2009 / 15:47 3888
-  A +

Qış “transfer pəncərəsi” dövründə “Bakı”nın heyətində böyük dəyişikliklərin olacağı məlumdur. Qol.Az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, çempionumuzun heyətinə qatacağı futbolçulardan birinin adı artıq dəqiqləşib. Söhbət hazırda Qazaxıstan çempionatının lideri olan “Lokomotiv”də (Astana) çıxış Jambıl Kukuyevdən gedir. Bülənt Qorxmaz hətta bu futbolçunun oyununu izləmək üçün bir müddət əvvəl köməkçilərindən birini Qazaxıstana da göndərib. Yardımçısı da Kukuyev haqda Qorxmaza müsbət fikir bildirib. Kukuyev meydanın mərkəzində çıxış edir, pleymeykerdir. “Bakı”nın çalışdırıcısı Kukuyevə Amiran Mucirinin əvəzləyicisi gözüylə baxır.  

Jambıl Kukuyev 1988-ci il sentyabrın 20-də Qazaxıstanda anadan olub. Boyu 170 sm, çəkisi 63 кq-dır. Ampulası yarımmüdafiəçidir. Karyerasına “Çesna” klubunda başlayıb. Daha sonra müxtəlif vaxtlarda “Jeleznodorojnik”, “Astana” FK, “Rahat”, “Alma-ata” klublarında çıxış edib. 2008-ci ildən “Lokomotiv”in şərəfini qoruyur. 2006-cı ildə Qaazaxıstan çempionu olub. 2008-ci ildə isə Qazasıxtan çempionatının ən yaxşı gənc futbolçusu adını qazanıb. Kukuyev eyni zamanda Qazaxıstan milli komandasının da şərəfini qoruyub. Millidə keçirdiyi 13 görüşdə 1 qol vurub. Maraqlıdır ki, "Bakı"nın maraq dairəsində düşən futbolçu millidəki yeganə qolunu "Uembli" stadionunda İngiltərə millisinin qapısına vurub. Bu qol həm də keçmiş postsovet ölkələrindən olan futbolçuların "Uembli"də İngiltərə millisinin qapısına vurduğu ilk qol kimi tarixə düşüb. 

Kukuyev özü də "Lokomotiv"i tərk etmək istəyir. Çünki gənc futbolçunun komandanın baş məşqçisi, ötənlərin məşhur futbolçusu Sergey Yuranla münasibətləri istənilən səviyyədə deyil. Hətta bir müddət əvvəl açıqlama verən futbolçu bildirib ki, Yuran komandanın daxilində ona qazax dilində danışmağı qadağan edib.

 

Daha çox


Son xəbərlər