"Mourinyonu qovmaq ağılsızlıq olar"

"Mourinyonu qovmaq ağılsızlıq olar"
DÜNYA FUTBOLU 8 Dekabr 2015 / 10:15 5691
-  A +

"Mançester Yunayted"in sabiq baş məşqçisi Sir Aleks Fergüsson "Çelsi"nin çalışdırıcı Joze Mourinyoya dəstək çıxıb.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, portuqaliyalı mütəxəssisin London klubundan qovulmasının düzgün olmadığını deyib:

"Abramoviç son 10 ildə çoxlu sayda baş məşqçi qovub. Əminəm ki, o, etdiyi hərəkətlərdən nəticə çıxarıb. Abramoviç Jozenin işləri yoluna qoyacağına inanmalıdır. Çünki dünyanın ən yaxşı baş məşqçilərindən birini qovmaq düzgün deyil. Ona qovmaq ağılsızlıq olar".

Fergüsson Mourinyonun ilk dəfə uğursuzluğa düçar olduğunu vurğulayıb:

"O, həyatında ilk dəfə azarkeşlərin önündə pis vəziyyətə düşüb.  Mourinyonun zamana ehtiyacı var. Onun komandasını uğursuz seriyasından çıxaracağına inanıram".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi