Bülənt Qorxmaz: “Simurq”u uda bilməsək, “İnter” üzərindəki qələbənin heç bir dəyəri qalmayacaq”

Bülənt Qorxmaz: “Simurq”u uda bilməsək, “İnter” üzərindəki qələbənin heç bir dəyəri qalmayacaq”
MÜSAHİBƏ 11 Dekabr 2009 / 16:36 3028
-  A +

Son turda “İnter”i məğlub etməklə cari mövsümdə ilk dəfə “altılığ”a daxil olan “Bakı”nın baş məşqçisi Bülənt Qorxmaz Qol.Az saytına müsahibə verib.

- Son turda “Bakı” çempionatın lideri “İnter” üzərində çox mühüm qələbə qazandı. Qarşılaşmadan sonra əksəriyyətin fikri belə idi ki, “Bakı” açıq-aşkar rəqibindən üstün oynadı və qələbəyə layiq idi. Bu matçı sizin rəhbərliyiniz altında “Bakı”nın ən yaxşı oyunu hesab etmək olar?
- Mən baş məşqçi təyin olunanda da söyləmişdim ki, komandanın oyununda dəyişiklik etmək üçün ən azı 2 ay vaxta ehtiyac var. Son zamanlar komandanın çıxışında dəyişiklik hiss olunur. Təbii ki, bu da bizi çox sevindirir. Komanda səfərdə “Qəbələ” və “Xəzər Lənkəran”a qarşı da çox yaxşı oynamışdı. Eləcə də Lənkəran klubuyla Bakıdakı oyunda da normal çıxış etdik. Lakin bir qədər bəxtimiz gətirmədi, anlaşılmaz səhvlərə yol verdik. “İnter”lə matçın ilk hissəsində də komanda səhvlərə yol verirdi. Oyunumuz istədiyimiz kimi alınmırdı. Amma fasilədən sonra toparlanaraq, iki qol vurduq və çox mühüm qələbə qazandıq.
- Özünüz də qeyd etdiniz ki, komanda ilk hissədə zəif təsir bağşlasa da, fasilədən sonra toparlandı və iki qol vuraraq, qələbə qazandı. Oyunun fasiləsində hansı dəyişiklərə əl atdınız?
- Futbolçularla söhbət etdim. Buraxdıqları səhvləri onlara dedim. Əsasən də arxa xətdə mövqe səhvlərinə yol verirdik. Bunun da nəticəsində rəqib bir epizodda hesabı açmağa çox yaxın idi. Lakin oyunçular fasilədən sonra toparlanıb, eyni səhvləri təkrarlamadılar.
- Jabanın çıxışı barədə nə deyə bilərsiniz? Braziliyalı hücumçu ilk vaxtlar gözlənilən oyunu sərgiləyə bilməsə də, son görüşlərdə vurduğu qollarla komandanın liderinə çevrilib.
- İlk növbədə onu deyim ki, biz Jabanı onun əsl mövqeyində oynatmırıq. Əslində Jaba cinahda oynamalıdır. Lakin biz məcburiyyət qarşısında qalıb, onu məhz mərkəzdə oynadırıq. Çünki mərkəz hücumçumuz yoxdur. Feliksi bildiyiniz kimi komandadan kənarlaşdırmışıq. Üümumiyyətlə, Jaba kimi futbolçuların Azərbaycan çempionatında çıxış etməsi çox yaxşı haldır. Məhz bu cür səviyyəli legionerlərin hesabına Azərbaycan futbolu inkişaf edər. “İnter”dəki Roşanı bəyənirəm. Hiss olunur ki, yaxşı futbolçudur. Bundan başqa daha 1-2 klbuda səviyyəli əcnəbilər çıxış edir.
- Növbəti turda “Bakı”nı daha bir çətin sınaq - “Simurq”la oyun gözləyir. Bu matç haqda nə deyə bilərsiniz?
- Rəqibin oyununu izləmişəm. Çox güclü komandadır. Bu oyun da çox çətin keçəcək. Amma biz səfərə yalnız və yalnız qələbə qazanmaq üçün gedirik. Çünki “Simurq”u uda bilməsək, o zaman “İnter” üzərində qazanılan qələbənin heç bir dəyəri qalmayacaq. 
- Qarşıdakı matçda Ernad Skuliç və Saşa Yunisoğlunun xidmətindən yararlana bilməyəcəksiniz. Bu itkilər komandanın oyununa nə dərəcədə təsir edə bilər?
- Bu iki futbolçudan başqa Aleksey Savinovun da oynamayacağı artıq dəqiqləşib. İstərdik ki, onlar da komandayla birgə olsunlar. Amma bu futboldur və hansısa futbolçunun zədələnməsi və ya cəzalı duruma düşməsi mümkündür. Mən onların əvəzinə başqa oyunçulara şans verəcəyəm. Qoy, çıxıb, özlərini göstərsinlər.
- Qarşılaşmanın keçiriləcəyi Zaqatala stadionunun ot ötrüyü sünidir. Bu amil komandanın çıxışına mənfi təsir göstərə bilər?
- Biz müəyyən dərəcədə süni örtüyə öyrəşmişik. Çünki məşq etdiyimiz “Neftçi”nin “köhnə bazası” və “Delfin” otelin meydançalarının da ot örütüyü sünidir. Buna görə də müəyyən qədər futbolçular öyrəncəlidirlər. Həm də əvvəlki mövsümdə də “Bakı” məhz bu arenada oynayıb. Bu səbəbdən də meydançanın durumunu bəhanə etmək düzgün deyil.
- Futbolda böyük təcrübəyə maliksiniz. Sizcə meydançaların ot örtüklərini süni olması nə dərəcədə düzgündür?
- Çoxları kimi mən də süni ot örtüyünün əleyhinəyəm. Çünki bu cür meydançalarda futbolçunun zədələnmək şansı da çoxdur. Bəzi ölkələrdə süni ot örtüyünə keçilməsini başa düşmək olar. Məsəlçün Rusiyada havalar soyuq keçir və bu anlaşılandır. Amma Azərbaycanda nə üçün belə etdiklərini bilmirəm.
- Son turda qazanılan qələbədən sonra “Bakı” mövsümdə ilk dəfə olaraq “altılığ”a daxil oldu. Komandanız orada duruş gətirə biləcək?
- Bizim məqsədimiz də məhz budur. İk növbədə “altılığ”a düşməliyik ki, sonra da medallar uğrunda mübarizə aparaq. Mən inanıram ki, “Bakı” istəyinə çatacaq.
- Qış fasiləsinin sonuna elə də çox qalmayıb. Yollarınızı ayrıcağınız futbolçuların siyahısını artıq müəyyənləşdirmisiniz?
- Fasiləyə hələ 3 tur var. Buna görə də bndidən bu haqda qəti söz deyə bilmərəm.
- O zaman yəqin ki, yeni transferlər barədə də konkret ad açıqlamayacaqsınız...
- Elədir. Çünki bu gün maraq dairəmizdə olan çoxlu futbolçular var. İstər Amerikadan, istərsə də Afrikadan. Nümayəndələrimiz maraq dairəmizdə olan futbolçuların çıxışlarını canlı olaraq izləyirlər. İndi ad açıqlamağımız heç cür alınmaz. Çünki oyunçu rəsmi müqaviləyə imza atmamış, “bu artıq bizim oyunçumuzdur” deyə bilmərik.
- Bir neçə gün əvvəl milli komandamızın baş məşqçisi Berti Foqtsla görüşdünüz. Ona komandanızın hansısa gənc futbolçusunu sınamağı təklif etdiniz?
- Biz Foqtsla Azərbaycan futbolunun hazırkı durumu barədə çox gözəl fikir mübadiləsi apardıq. Ona konkret hansısa futbolçunu təklif etmədim.

Daha çox


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı