“MKT-Araz”ın keçmiş futbolçusu: “Məmuniyyətlə Azərbaycana qayıdaram”

“MKT-Araz”ın keçmiş futbolçusu: “Məmuniyyətlə Azərbaycana qayıdaram”
XƏBƏR 11 Dekabr 2009 / 16:05 2882
-  A +

"MTK-Araz”ın keçmiş futbolçusu Yevgeni Şiman yenidən Azərbaycana qayıtmaq istəyir. Bu haqda Qol.Az-ın müxbirilə söhbətində futbolçunun özü məlumat verib: “Hazırda Ukraynanın birinci divizion klubunda çıxış edirəm. İşlərim qayıdasındadır. Amma etiraf edirəm ki, Azərbaycan üçün çox darıxıram. Orada yaxşı dotlarım var. Tez-tez Saşa Yunusoğluyla əlaqə saxlayırıq. Azərbaycanda yaxşı, unudulmaz günlərim olub. Amma heyf ki, “MKT-Araz” dağıldı. Bununla belə, başqa bir klubdan təklif olsaydı, məmuniyyətlə qayıdardım. Təxminən il yarım əvvəl paytaxt klublarından birindən təklif almışdım. Lakin danışıqlarımız alınmadı”. 

Son xəbərlər