"Barselona"dan 17 il sonra gələn ilk

"Barselona"dan 17 il sonra gələn ilk
DÜNYA FUTBOLU 7 Dekabr 2015 / 17:36 9063
-  A +

İspaniya La Liqasının 14-cü turunda "Valensiya" ilə keçirilən oyun "Barselona" üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, səfərdə rəqibi ilə 1:1 bərabərə qalan Kataloniya təmsilçisi 17 ildən sonra ilkə imza atıb.

Baş məşqçi Luis Enrike bu görüşdə meydana buraxdığı 11 futbolçudan heç birini əvəzləməyib. Bununla da, "Barselona" 17 il sonra bir oyunu futbolçu dəyişikliyi olmadan keçirib.

Qeyd edək ki, "Barselona" sonuncu dəfə 1998/1999 mövsümündə "Extremadura" ilə oyunda  90 dəqiqəni meydana çıxdığı "11"liklə tamamlayıb. Həmin vaxt Lui van Qalın çalışdırdığı "Barselona"nın qoluna da məhz indiki baş məşqçi Luis Enrike imza atıb.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı