Saşa Yunisoğlunun üz sümüyünü sındırdılar

Saşa Yunisoğlunun üz sümüyünü sındırdılar
ÖLKƏ FUTBOLU 11 Dekabr 2009 / 13:49 2068
-  A +

“Bakı”nın və milli komandamızın müdafiəçisi Saşa Yunisoğlu ciddi zədə alıb. Qol.Az-ın PFL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, “İnter”ə qarşı keçirilən son oyunda zədələnən Saşa Yunisoğlunun üz sümüyünün sındığı məlum olub. Bu səbəbdən də təcrübəli futbolçu “Simurq”la oyunu buraxacaq. Lakin bu, “Bakı”nın yeganə itkisi deyil. “İnter”lə qarşılaşmada cari mövsümdə dördüncü sarı vərəqəsini alan Ernad Skuliç cəzalı duruma düşüb. Son məşqdə ayaq əzələsini dartan Aleksey Savinovun da Zaqatalada meydana çıxıb-çıxmayacağı oyun saatında məlum olacaq.
 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın