“Bakı” Zaqatalaya yola düşdü

XƏBƏR 11 Dekabr 2009 / 13:42 1885
-  A +

Unibank Premyer Liqasının XV turunda "Simurq"un qonağı olacaq son ölkə çempionu "Bakı" bu gün Zaqatalaya yola düşüb. Qol.Az-a klubun mətbuat xidmətindən verilən məlumata görə, Zaqatala şəhərinin iqliminə daha yaxşı öyrəşmək üçün oyundan 2 gün öncə səfərə çıxan paytaxt təmsilçisi "Qafqaz" mehmanxanasında məskunlaşacaq. Sabah isə oyunun keçiriləcəyi Zaqatala şəhər Olimpiya Kompleksinin meydançasında "Bakı" klubunun oyunöncəsi son məşqi planlaşdırılıb.


Son xəbərlər