Premyer Liqamızda bir dəqiqəlik sükut

Premyer Liqamızda bir dəqiqəlik sükut
XƏBƏR 6 Dekabr 2015 / 13:06 5003
-  A +

Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın və qəza nəticəsində həyatını itirənlərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində matəm elan olunub.

Qol.Az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bununla əlaqədar olaraq, Azərbaycan Premyer Liqasının XV turunun bütün oyunlarında futbolçular meydançaya qara sarğı ilə çıxacaq, matçlardan öncə 1 dəqiqəlik sükut elan olunacaq.

Qol.Az kollektivi adından qəzada həlak olanlara Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.

Qeyd edək ki, baş vermiş qəzada 32 nəfər xilas olub, 1 nəfər həlak olub, 29 nəfər isə itkin düşüb.


Son xəbərlər