İbrahimoviç PSJ-nin tarixinə keçdi

İbrahimoviç PSJ-nin tarixinə keçdi
DÜNYA FUTBOLU 5 Dekabr 2015 / 13:26 3854
-  A +

Fransa Liqasının 17-ci turunda "Nitsa" ilə oyun PSJ-nin hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Qol.Az-ın məlumatına görə, Paris təmsilçisinin 3:0 hesabı ilə qalib gəldiyi görüşdə isveçli forvard dublla yadda qalıb.

PSJ forması ilə meydana çıxdığı 103-cü matçında 87-ci qoluna imza atan İbrahimoviç klub tarixinə keçib. 34 yaşlı futbolçu PSJ-nin Fransa Liqasında ən çox qol vuran oyunçusu olub.

İsveç millisinin üzvü oyundan sonra rekorda imza atdığı formasını "Nitsa"nın kiçik azarkeşinə hədiyyə edib.

Qeyd edək ki, 2012-ci ildə "Milan"dan transfer olunan İbrahimoviç cari mövsüm PSJ-də keçirdiyi 11 oyunda 10 qol vurub və 5 məhsuldar ötürmə verib. 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın