“Karvan”da iki yeni əcnəbi futbolçu

“Karvan”da iki yeni əcnəbi futbolçu
XƏBƏR 11 Dekabr 2009 / 11:28 1553
-  A +

Unibank Premyer Liqasının XV turunda "Qəbələ" ilə qarşılaşacaq "Karvan" oyunun hazırlıqlarını Yevlax şəhərində davam etdirir. Qol.Az-ın PDL-in rəsmi internet saytına istinadən verdiyi məlumata görə, klubun bazasında bir araya gələn Yunis Hüseynovun yetirmələri gündə iki dəfə olmaqla Yevlax şəhər stadionunda məşq edir. "Karvan" Qəbələyə oyun günü yola düşəcək. Komandada baxışda iki futbolçu var. Hər ikisi müdafiəçi olan futbolçulardan biri Türkmənistan, digəri isə Belarusiya vətəndaşıdır. Baxışda olan futbolçular haqqında yekun qərar bir neçə gündən sona veriləcək.
 
 


Son xəbərlər