FİFA mundialın oyunlarının başlama saatlarını açıqladı

FİFA mundialın oyunlarının başlama saatlarını açıqladı
DÜNYA FUTBOLU 3 Dekabr 2015 / 20:43 4682
-  A +

FİFA 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının oyunlarının başlama saatını açıqlayıb.

Qol.Az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, açılış və final matçı yerli vaxtla 18:00-da (Bakı vaxtı ilə 19:00) start götürəcək.

16 iyunda keçiriləcək qrup mərhələsinin oyunlarının ən tezi saat 13:00-da (Bakı vaxtı ilə 14:00) ən geci isə 22:00-da (Bakı vaxtı ilə 23:00) başlayacaq.
 
Qrupun digər görüşləri isə 15:00-21:00 aralığında baş tutacaq.

"Pley-off", dörddə bir final mərhələsinin  oyunları 17:00 və 20:00-a təsadüf edəcək.

Yarımfinal görüşləri 21:00, 3-cü yer uğrunda matç isə 17:00-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord