"Muğan"ın baş məşqçisi: "Rəqib qələbəyə layiq idi"

"Muğan"ın baş məşqçisi: "Rəqib qələbəyə layiq idi"
PREMYER LİQA 10 Dekabr 2009 / 17:26 3119
-  A +

“Qolu erkən vurmağımıza baxmayaraq, hesabı qoruyub saxlaya bilmədik. Təcrübə və səviyyə fərqi öz sözünü dedi”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Qarabağ” – “Muğan” matçının oyunsonrası mətbuat konfransında salyanlıların baş məşqçisi Almir Hurtiç deyib. Bosniyalı mütəxəssis rəqibin qələbəyə layiq oyun göstərdiyini bildirib: “Rəqib qələbəyə layiq idi. Oyunun sonlarına yaxın hücumlarımızda kəsərli ola bilsəydik, matçdan bir xalla ayrılacaqdıq. Növbəti qarşılaşmalarda uğurlu nəticə qazanmağa çalışacağıq”.

Son xəbərlər