"Real" İspaniya kubokunda kənarlaşdırıla bilər

"Real" İspaniya kubokunda kənarlaşdırıla bilər
DÜNYA FUTBOLU 3 Dekabr 2015 / 04:18 10292
-  A +

"Real" (Madrid) klubu İspaniya kubokundan kənarlaşdırıla bilər.

Qol.Az-ın məlumatına görə, buna "Real"ın futbolçusu Denis Çerışevin "Kadiz"lə kubok görüşündə meydana çıxması səbəb olub.

Ötən mövsüm "Vilyareal"da icarə əsasında oynayan rusiyalı futbolçu "Real Sosyedad", "Hetafe" və "Barselona" ilə görüşlərdə sarı vərəqə ilə cəzalandırılıb.

Ardıcıl üç matçda sarı vərəqə ilə cəzalandırılan Çerışev İspaniya kubokunun 1/16 final mərhələsinin bu gün "Kadiz"lə baş tutan ilk oyununu buraxmalı idi. Lakin start heyətində meydana çıxan 24 yaşlı futbolçu 3-cü dəqiqədə qol da vurub. Oyun isə "Real"ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

İspaniya Futbol Federasiyasının bu qayda pozuntusuna görə "Real"ı kubokdan kənarlaşdıracağı gözlənilir.

Qeyd edək ki, ötən mövsüm "Osasuna" klubu da eyni səbəbdən kubokdan kənarlaşdırılıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord