Ramin Musayev xüsusi komissiyanın qərarına münasibət bildirdi

XƏBƏR 10 Dekabr 2009 / 13:59 1782
-  A +

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev "Turan" - "Neftçi" oyununu araşdıran komissiyanın qərarına öz fikrini bildirib. Qol.Az-ın məlumatına görə, PFL-in rəsmi saytına açıqlamasında R.Musayev bildirib ki, komissiyanın üzvləri illərlə futbolun içində olan nüfuzlu şəxslərdir və müstəqil fikir yürüdən insanlardır. O, bu məsələdə şəxsi araşdırma apardığını da vurğulayıb: "Həm "Turan", həm də "Neftçi" klubunun rəhbərləri, baş məşqçiləri və münasibətim olduğu futbolçularla ayrı-ayrılıqda söhbət etmişəm. Həmin şəxslərin fikirləri ilə komissiyanın çıxardığı qərar üst-üstə düşür. Hamısı, komissiyanın qərarında olduğu kimi, oyunun adi idman mübarizəsində getdiyini bildirir. Bu da son günlər bəzi KİV-də bu oyun haqqında gedən xəbərlərin şayiə xarakterli olduğunu və heç bir fakta əsaslanmadığını bir daha göstərir".

Daha çox


Son xəbərlər
25.04.24  12:28

Klopp üzr istədi