Xüsusi komissiya qərarını açıqladı: «Turan» - «Neftçi» oyunu danışılmayıb!

Xüsusi komissiya qərarını açıqladı: «Turan» - «Neftçi» oyunu danışılmayıb!
ÖLKƏ FUTBOLU 10 Dekabr 2009 / 13:55 2027
-  A +

PFL-in prezidenti Ramin Musayevin əmri ilə Unibank Premyer Liqasının XIII turunun "Turan" – "Neftçi" oyununu araşdırmaq məqsədi ilə yaradılmış komissiya öz qərarını açıqlayıb. Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, qərarda deyilir: "Tərəfimizdən Unibank Premyer Liqasının XIII turunda keçirilmiş "Turan" – "Neftçi" oyununun videoyazısına baxılıb. Aparılan araşdırmalar zamanı məlum olub ki, oyun normal idman mübarizəsi şəraitində keçib. Bu oyunla bağlı bəzi KİV-də gedən məlumatlar həqiqəti əks etdirmir və heç bir fakta əsaslanmır".

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı