PAOK-dan əzmkar qələbə

PAOK-dan əzmkar qələbə
DÜNYA FUTBOLU 1 Dekabr 2015 / 00:34 1933
-  A +

"Qəbələ"nin Avropa Liqasının qrup mərhələsindəki rəqibi PAOK Yunanıstan superliqasında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Saloniki təmsilçisi 12-ci turda səfərdə "Kalloni"nin qonağı olub.

Matç PAOK-un qələbəsi ilə başa çatıb. Görüşün 7-ci dəqiqəsində hesabda geri düşən PAOK daha sonra 3 qol vurmaqla matçdan qalib ayrılıb.

Qeyd edək ki, bu qələbədən sonra xalını 19-a yüksəldən PAOK turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

 

 

30 noyabr

Yunanıstan superliqası, 12-ci tur

"Kalloni" - PAOK - 1:3
Qollar:
Athanasiadis, 7 (0:1), Manousos, 41-pen (1:1), Athanasiadis, 76 (1:2), Mustakidis, 90 (1:3)
Qırmızı vərəqə: Keyta, 90+3 ("Kalloni")


Son xəbərlər
16.04.24  12:58

Avro-2024-ü buraxacaq