"Qızıl top"a son 3 namizəd bəlli oldu

"Qızıl top"a son 3 namizəd bəlli oldu
DÜNYA FUTBOLU 30 Noyabr 2015 / 18:04 9406
-  A +

2015-ci ilin ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl top" mükafatına son 3 namizədin adları müəyyənləşib. 

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, 23 nəfərlik siyahı 3-ə enib.  

Bunlar "Real"dan (Madrid) Kriştiano Ronaldo, "Barselona"dan Lionel Messi və Neymardır. Ronaldo bu il titulunu qorumağa çalışacağı təqdirdə, Messi 5-ci dəfə bu mükafata sahib çıxmaqla dünya futbol tarixində ilkə imza atmaq niyyətindədir. Braziliyalı Neymar isə ilk dəfə "Qızıl top" uğrunda mübarizəyə qoşulub. 

Qeyd edək ki, 2015-ci ilin ən yaxşı futbolçusuna təqdim olunacaq "Qızıl top"un sahibinə 2016-c il, yanvarın 11-də İsveçrənin Sürix şəhərində keçiriləcək tədbirdə aydınlıq gələcək.


Son xəbərlər